Bir neçə gün əvvəl yerli mətbuatda Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərovun ölümü ilə bağlı xəbər yayılıb.
"Leqal" xəbər verir ki, Unikal-ın əldə etdiyi məlumata görə, V.Əsgərov dünyasını dəyişməyib. O, hazırda Naxçıvan qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkir.
Qeyd edək ki, o, 2016-cı ildə Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.