2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Bu gün Müzəffər Azərbaycan Ordusunun bir sıra əraziləri işğalından azad etməsindən bir il keçir.
Leqal.az həmin ərazilərin siyahısını təqdim edir.
Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri;
Cəbrayıl rayonun Yuxarı Məzrə və Yanarxac kəndləri;
Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri;
Zəngilan rayonunun Beşdəli kəndi;
Xocalı rayonunu Qarabulaq və Baharlı kəndləri;
Xocavənd Ataqut və Hünərli kəndləri.