Masallı rayonunun təhsil müəssilərində “Zəfər Günü” münasibəti ilə silsilə tədbirlər keçirilir.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirlərdə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilir.
Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan igidlərimizin məzarları ziyarət olunur.
Çıxışlarda 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmizin müzəffər Ali Baş Komandanımız İlham Əliyevin daxili və xarici siyasəti, yenilməz ordumuzun və şəhidlərimizin canı bahasına başa gəldiyi diqqətə çatdırılır,
Tədbirlər dəvət edilən Vətən müharibəsinin iştirakçıları keçdikləri şanlı döyüş yollarından məktəblilərə bəhs edirlər.
Şagirdlər Vətənə, şəhidlərə həsr edilmiş şeir, musiqi parçaları səsləndirir, ədəbi-bədii kompozisiyalar nümayiş etdirirlər.
Bundan əlavə tədris müssislərində "Zəfər tarixi" mövzusunda monitorinqlər keçirilir, "Qəhrəmanlarımızı tanıyaq" layihəsi çərçivəsində siniflərin adlarını daşıdıqları qəhrəmanlar barədə şagirdlərə daha müfəssəl məlumat verilir.
Akif AĞAYEV,
MASALLI.