Mehriban Əliyeva İsmayıllıya səfərlə bağlı paylaşımlar edib

Mehriban Əliyeva İsmayıllıya səfərlə bağlı paylaşımlar edib
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında Prezident İlham Əliyevlə birlikdə İsmayıllı rayonuna səfərlə bağlı paylaşımlar edib.

    Leqal.az xəbər verir ki, Birinci vitse-prezident yazıb:

    "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də İsmayıllı rayonunda səfərdə olublar".

    Mehriban Əliyeva digər paylaşımlarında Prezident İlham Əliyevlə Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olmalarından, Lahıc qəsəbəsinə səfərdən, İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzinin, 6 saylı tam orta məktəbin yeni binasının istifadəyə verilməsindən bəhs edib.
    Bizimlə əlaqə saxlayın
    PAYLAŞ:

    Oxşar xəbərlər