Daha bir universitetdə tələbələr koronavirusa yoluxdu

Daha bir universitetdə tələbələr koronavirusa yoluxdu
  • Cəmiyyət

  • Daha bir universitetdə iki qrup üzrə dərslər onlayn formata keçirilib.

    Leqal.az-ın məlumatına görə, Bakı Dövlət Universitetinin SABAH qruplarında olan iki qrupda tələbələr arasında koronavirus aşkarlanıb. Həmin qruplar distant təhsilə keçib.

    Məsələ barədə Bakı Dövlət Universiteti ilə əlaqə saxladıq. 

    BDU-nun mətbuat katibi Günel Orucəliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq məlumatı təsdiq edib.

    “Bu səbəbdən həmin qruplar 14 gün müddətinə distant təhsilə keçib”, - deyə o qeyd edib.

    Qeyd edək ki, Azərbaycan Texniki Universitetində də üç tələbənin koronavirus (COVID-19) testi pozitiv çıxıb. Həmin tələbələrin təhsil aldığı qrupların dərsləri distant formada davam edəcək./oxu.az
    PAYLAŞ:

    Oxşar xəbərlər