Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır

Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır
  • Cəmiyyət / Maraqlı

  • Bu il XVII Avrasiya Media Forumun əsas missiyası dəyişməz olaraq qalır - ölkələr və qitələr arasında etimad mühitinin formalaşdırılması, eyni zamanda, regionda media subyektlərinin və mütəxəssislərinin birgə fikir mübadiləsinin təmin olunması və perspektivlər barədə müzakirələrin aparılmasıdır.

    LEQAL.AZ xəbər verir ki, bunu Nur-Sultanda keçirilən “2021: Dünya yeni mənalar axtarışında” adlı XVII Avrasiya Media Forumunda iştirak edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Azərtac-a müsahibəsində bildirib.

    Avrasiya Media Forumunun onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platforması olduğunu vurğulayan Ə.İsmayılov deyib ki, forumda Azərbaycandan olan nümayəndə heyətinin iştirakı əməkdaşlığın davam etdirilməsi istəyinin göstəricisidir. Forum regionda media subyektləri ilə işin qurulması təcrübəsinin öyrənilməsi, həmçinin ölkəmizdə də belə bir təcrübənin həyata keçirilməsinə kömək edəcək.

    “Düşünürük ki, həm medianı narahat edən amillərin, həm də dünyada gedən proseslərdə medianın iştirakı məsələsinin dərindən öyrənilməsi belə media forumlar sayəsində mümkün olacaq. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qazaxıstanın aidiyyatı qurumları ilə görüşlər keçirir. Hər iki ölkənin media nümayəndələri arasında informasiya mübadiləsinin təmin olunmasına dəstək göstərmək və bu sahədə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindəyik”, - deyə MEDİA-nın icraçı direktoru bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər