Ramin Bayramlının vəzifəsindən azad olunması xəbəri yayıldı

Ramin Bayramlının vəzifəsindən azad olunması xəbəri yayıldı
  • Cəmiyyət / Maraqlı

  • Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının tutduğu vəzifədən azad edildiyi bildirilir.

    LEQAL.AZ xəbər verir ki, Bakupost.az-a bu barədə məlumatlı mənbədən məlumat verilib. Hələlik rəsmi açıqlama və səbəbləri barədə informasiya verilməyib, yaxın saatlarda olacağı gözlənilir.

    Saytımıza TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış xəbəri nə təkzib, nə də ki, təsdiq edib.

    "Dəqiqləşdirib deyərəm" deməklə kifayətlənib.

    Qeyd edək ki, son zamanlar TƏBİB-lə bağlı ciddi iradlar səsləndirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər