Biləsuvar rayonunda "Şəhidlər" xatirə kompleksinin açılışı olub.
LEQAL.AZ report-a istinadən xəbər verir ki, şəhid İqbal Astanlının doğum günü münasibətilə kompleksin açılışı baş tutub.
Kompleksdə İqbalın fotoları ilə yanaşı, Vətən müharibəsində şəhid olmuş digər 68 biləsuvarlı şəhidin də fotoları və onlar haqqında məlumat lövhəsi yer alıb.
Açılış tədbirində şəhidin doğmaları ilə yanaşı, onun döyüş yoldaşları və rayon sakinləri də iştirak ediblər. Tədbirdə çıxış edən iştirakçılar İqbalın həyat yoluna nəzər salıblar və onun qəhrəmanlıqlarından söz açıblar.
Qeyd edək ki, Astanlı İqbal İlqar oğlu 1997-ci il avqustun 10-da Biləsuvar rayonunda anadan olub. 2019-cu ildən Ağcakənd kəndi yaxınlığında Ballıqaya istiqamətində və Mingəçevir rayonunda yerləşən N saylı hərbi hissələrdə kəşfiyyat bölüyündə həqiqi hərbi xidmət keçib. İ.Astanlı Vətən müharbəsi zamanı Talış kəndi istiqamətində gedən döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.