Ədliyyəçilərin Zəfər sevinci ilə qeyd edəcəkləri ilk peşə günü

Ədliyyəçilərin Zəfər sevinci ilə qeyd edəcəkləri ilk peşə günü
  • Cəmiyyət

  • Müstəqil və müasir Azərbaycanın hər bir vətəndaşı, bütün varlığı ilə, sidqi-ürəkdən bu məmləkətə bağlı olan hər bir vətən övladı ölkəmizin qazandığı parlaq qələbə və tarixi nailiyyətlərlə haqlı fəxr edir, qürur hissi keçirir. Məhz bu günlərdə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi həm siyasi həm də hərbi arenada Azərbaycanın şanlı qələbəsi ilə yekunlaşdı.

    Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını icra edərək böyük qələbəyə imza atmaqla xalqımızın zəfər salnaməsini yazdı.

    44 gün davam edən Vətən müharibəsi ərzində qəhrəman övladlarımızın cəbhədə göstərdikləri şücaət, arxa cəbhədə isə xalqımızın birliyi və həmrəyliyi zəfərimizin mütləq olacağına əminlik yaradırdı.

    Bu 44 günlük Vətən müharibəsində qələbə qazanmağımız üçün qəti iradəsi və xarici siyasəti ilə yanaşı xarici media qurumlarında Azərbaycanın haqlı mövqeylərinin dünya ictimaiyyətinə çatdırmaq kimi  ən ağır vəzifə Ali Baş Komandan cənab İlham Əliyevin üzərinə düşmüşdür.

    Vətən müharibəsində Ədliyyə Nazirliyinin əməkdaşları da iştirak edərək qəhrəmanlıq göstərmişlər. Vətən müharibəsi ərzində Ədliyyə Naziri cənab Fikrət Məmmədovun rəhbərliyi ilə ordumuza ədliyyə işçiləri tərəfindən könüllü yadımlar toplanılaraq silahlı qüvvələrin hesabına köçrülmüşdür.

    Ədliyyə naziri cənab Fikrət Məmmədov xarici dövlətlərin ədliyyə nazirliklərinə və nüfuzlu beynəlxalıq təşkilatlara 400-ə yaxın müraciət göndərməklə Ermənistanın işğalçı, müharibə və insanlıq əleyhinə cinayətləri ilə bağlı məlumatları çatdırmışdır.

    Cənab nazirin tapşırığı ilə üç dildə elektron məlumat platforması vasitəsi ilə ölkəmizin ədalətli mövqeyinin təbliği və geniş yayılması həyata keçirilmişdir.

    Vətən müharibəsində iştirak etmiş 100-dən çox ədliyyə və məhkəmə işçisi ölkə Prezidenti tərəfindən çoxsaylı medallarla təltif olunub, həmçinin nazirlik tərəfindən onların qayğıları daim diqqət mərkəzində saxlanılmışdır.

    Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərimizə hərtərəfli dövlət qayğısı göstərilərək onların sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlər görülür.

    Ədliyyə Nazirliyi tərəfindən nazirliyin icra baş idarəsinin məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu şəhid Ruhin Xəlilova "Fəxri ədliyyə işçisi" adı verilib, həmçinin ailəsinin qayğıları və sosial rifahı nazirlik tərəfindən daim diqqətdə saxlanılır, şəhid əməkdaşın həyat yoldaşı nazirlikdə qulluğa qəbul edilib.

    Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz sərkərdəliyi ilə xalqımızın parlaq zəfər qazandığı Vətən müharibəsində dövlətimizin hərbi-siyasi uğuru və ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində, şəhidlərimizin qanı və canı bahasına torpaqlarımız işğaldan azad edildi.

    İndi ölkəmiz üçün yeni bir dövr başlayır. Düşmən tapdağından azad olunmuş ərazilərin bərpası ilə bağlı ölkə Prezidentinin rəhbərliyi ilə nəhəng quruculuq işlərinin, həmçinin Birinci vitse-prezidentin təşəbüsü ilə dini abidə və məscidlərin bərpası üzrə layihə həyata keçirilərək düşmənin viran qoyduğu vətən torpağı yenidən çiçəklənəcəkdir.

    Biz qarşıdan gələn 8 Noyabr Zəfər Gününü və 22 noyabr ədliyyə işçilərinin peşə bayramını günü böyük ruh yüksəkliyi ilə qeyd edən müzəffər ölkənin ədliyyə işçiləri olaraq ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin daha da qüdrətlənməsi və demokratik hüquqi dövlət quruculuğunda möhtərəm Prezident İlham Əliyevə yardımçı olmağı vəzifə və vətəndaş borcu sayacağıq.


    Rabi İSAYEV,
    Masallı regional “ASAN xidmət” mərkəzində
    Qeydiyyat şöbəsinin rəisi.
    PAYLAŞ:

    Oxşar xəbərlər