Təhsil naziri bölgələrdə məktəblərin bağlanmaması məsələsinə aydınlıq gətirib

Təhsil naziri bölgələrdə məktəblərin bağlanmaması məsələsinə aydınlıq gətirib
  • Təhsil

  • Başqa bir sual bölgələrdə məktəblərin niyə bağlanmaması ilə bağlıdır. Bir çox rayonlarda gündəlik yoluxma halları 3-5, bəzən 10-12 ola bilər. Yəni bunların çoxu lokal xarakter daşıyan yoluxmalardır. Həmin ərazilərdə kütləvi bağlanmalara getmək bir o qədər də məqsədəuyğun hesab edilmədi. Çünki bizim üçün ənənəvi təhsil ən vacib məsələdir.

    LEQAL.AZ xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev “Facebook” hesabı üzərindən canlı yayımda pandemiya dövründə tədrisin təşkili ilə bağlı sualları cavablandırarkən deyib.

    Nazir qeyd edib ki, yaxın həftələrdə yoluxma statistikası izləniləcək. Əgər ayrı-ayrı məktəblərdə yoluxma sayı artarsa, həmin təhsil müəssisələri də distant təhsilə keçiriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər