Sabahdan tələbələrin köçürülməsi üzrə sənəd qəbuluna başlanılır

Sabahdan tələbələrin köçürülməsi üzrə sənəd qəbuluna başlanılır
  • Təhsil

  • Sabah saat 11:00-dan tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu prosesinə başlanılır. 

    Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud ixtisasının dəyişdirilməsi, xarici ölkə ali təhsil müəssisələrindən ölkədaxili ali məktəblərə bərpası, eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu transfer.edu.az portalı vasitəsilə həyata keçirilir.  

    Qeyd edək ki, köçürülmə üçün DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır. 

    Sənəd qəbulu 31 iyul saat 23:59-dək davam edəcək.  
    PAYLAŞ:

    Oxşar xəbərlər