Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana səfərə gəlib
  • Siyasət / Maraqlı

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğız Respublikasına səfərə gəlib.

    Leqal.az xəbər verir ki, Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Azərbaycan Prezidentini Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşıladılar.


    PAYLAŞ:

    Oxşar xəbərlər