“Artıq 15-ci gündür ki, Ağdam-Xankəndi istiqamətində dayanmışıq. Bütün heyət olaraq, keçid üçün cavab gözləyirik”.
Report-un Ağdama ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq 15-ci gündür müvafiq işçi heyəti ilə buradadırlar:
“Məqsədimiz ondan ibarətdir ki, gətirdiyimiz 2 TIR, daha dəqiq desək 40 ton unu Xankəndidə yaşayan erməni sakinlərinə təhvil verək".
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan yardım karvanında 40 ton un var.