MN: Qanunsuz erməni silahlılarının yeni səngərlər qazmaq cəhdinin qarşısı alınıb

MN: Qanunsuz erməni silahlılarının yeni səngərlər qazmaq cəhdinin qarşısı alınıb
  • Siyasət / Maraqlı

  • Sentyabrın 8-i saat 00:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.

    Bu barədə Leqal.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

    Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər