Səudiyyə Ərəbistanının Ciddə şəhərində xristian qəbiristanlığında ABŞ, Fransa, Yunanıstan, Böyük Britaniya və İtaliya diplomatlarının iştirakı ilə keçirilən I Dünya müharibəsi qurbanlarının xatirəsini anma mərasimində terror aktı törədilib.
LEQAL.AZ xəbər verir ki, Xavayat qəbiristanlığının yaxınlığında iki bombanın partlaması nəticəsində Yunanıstan səfirliyinin əməkdaşı və Səudiyyə Ərəbistanı təhlükəsizlik xidmətinin zabiti yaralanıb, Böyük Britaniya diplomatı isə yüngül xəsarət alıb.
Səudiyyə Ərəbistanının Məkkə vilayətinin qubernatorluğu bu terror aktını “qorxaq hücum” adlandırıb və cinayətkarların aşkar edilməsi üçün genişmiqyaslı polis əməliyyatı həyata keçirildiyini bəyan edib.