İlham Əliyev: Bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır

İlham Əliyev:  Bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır
  • Siyasət

  • LEQAL.AZ xəbər verir ki, Prezidenti İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində bu fikirləri səsləndirib. Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik. Hansısa ölkənin cəlb oluna biləcəyini biz görmürük. Çünki bizi əhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır. Biz bilirik ki, ermənilər onların bəzilərini bu döyüşə cəlb etmək istəyirlər, lakin, əminəm, bu, baş verməyəcək. Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır. Türk əsgərlər burada ola bilər, bəli. Ötən il biz 10 birgə hərbi təlim keçirmişik. Lakin bizim başqa ölkələrlə də çoxlu təlimlərimiz olur. Biz NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının bir hissəsiyik. Burada qəribə heç nə yoxdur. Siz onları Bakıda görmüsünüz, onları döyüşdə görməmisiniz.
    PAYLAŞ:

    Oxşar xəbərlər