Aygün Bəylər dəfn olundu

Aygün Bəylər dəfn olundu
  • Mədəniyyət / Maraqlı

  • Azərbaycanın əməkdar artisti Aygün Bəylərlə (Hümmətova) ilə vida mərasimi keçirilir.

    Leqal.az xəbər verir ki, mərasim Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçirilir.

    Vida mərasimində mərhumun ailə üzvləri, sənət adamları iştirak edir.

    Əməkdar artist saat 13:00-da Suraxanı kənd qəbiristanlığında dəfn ediləcək.

    Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist yanvarın 7-də Türkiyədə xəstəxanada vəfat edib.

    ***

    Azərbaycanın əməkdar artisti Aygün Bəylərlə (Hümmətova) vida mərasimi başa çatıb.

    ***

    Azərbaycanın əməkdar artisti Aygün Bəylər (Hümmətova) dəfn olunub.

    Mərhum Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb.

    Dəfn mərasimində A.Bəylərin ailə üzvləri, sənət adamları iştirak ediblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər