Yanvarın 14-də "Azərpoçt" MMC və Türkiyənin "Poçt və Teleqraf Təşkilatı" (PTT) arasında mal tərkibli beynəlxalq poçt göndərişlərinin qarşılıqlı mübadiləsi haqqında müqavilə imzalanıb.
LEQAL.AZ xəbər verir ki, müqavilə beynəlxalq elektron ticarətin inkişafına təkan verəcək.
Sənədi "Azərpoçt" MMC-nin Baş direktoru Emin Əfəndiyev və "Poçt və Teleqraf Təşkilatı"nın Baş direktoru Hakan Gültən imzalayıblar.