Kürdəmirdə ağır qəza - 3 nəfər öldü

Kürdəmirdə ağır qəza - 3 nəfər öldü
  • Hadisə / Maraqlı

  • Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, oktyabrın 28-də saat 22 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometirliyində, Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Əmrahov Fariz Valeh oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kərimov Sənan Vüqar oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub. 

    Hadisə nəticəsində "Mercedes"in sürücüsü F.Əmrahov və "VAZ-2106" markalı nəqliyyat vasitəsində olan sərnişinlər İsmayıl Hamlet Həbib oğlu və Cəbrayılov Zamiq Vaqif oğlu vəfat ediblər. 

    "VAZ-2106" sürücüsü S.Kərimov, eləcə də "Mercedes" markalı nəqliyyat vasitəsində olan sərnişin Əmrahov Ariz Fariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Faktla bağlı araşdırmalar aparılır.



    PAYLAŞ:

    Oxşar xəbərlər