Oktyabrın 26-da saat 16 radələrində 1982-ci il təvəllüdlü Həşimov Asif Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Bu barədə Daxili İşər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini, 1988-ci il təvəllüdlü İsayev Cavid Beybud oğlu könüllü olaraq polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qətlə yetirilən şəxs Oğuz rayon sakinidir.