Sentyabrın 11-i saat 20:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.
Bu barədə Leqal.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.