İsraildə insanlara hücum olunub - Ölən və yaralananlar var

İsraildə insanlara hücum olunub - Ölən və yaralananlar var
  • Dünya

  • İsrailin Raanana şəhərində terror aktı ola biləcəyi ehtimal edilən hücumda ən azı 17 nəfər yaralanıb, bir qadın ölüb.

    Leqal.az xəbər verir ki, bu barədə İsrailin yerli kanalları məlumat yayıb.

    Qeyd edilib ki, hazırda həkimlər 18 yaralı barədə məlumat verib, onlardan 3-nün vəziyyəti ağırdır. Digər xəsarət alanlar xəstəxanalara göndərilir.

    İlkin məlumata görə, insidentlər şəhərin bir neçə fərqli yerində baş verib.

    Hücum edən şəxs öncə sürücüyə bıçaqla hücum edərək onun avtomobilini ələ keçirib və bir neçə nəfəri vurub. Daha sonra nəqliyyat vasitəsini maneəyə çırpıb.

    Əzilən avtomobildən düşən naməlum şəxs başqa bir avtomobili ələ keçirib və yoldan keçən daha bir neçə nəfərə ciddi xəsarət yetirərək hadisə yerindən qaçmağa çalışıb.

    Polisin məlumatına görə, hadisənin günahkarı saxlanılıb, onun İordan çayının qərb sahilindəki Hebron şəhərinin sakini olduğu üzə çıxıb. Hazırda polis onunla bağlı araşdırma aparır./qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər