Bizim sözümüz imzamız qədər dəyərlidir

Bizim sözümüz imzamız qədər dəyərlidir
  • Cəmiyyət

  • Azərbaycan növbəti beynəlxalq tədbirə ev sahibliyi etdi. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – «Caspian Oil&Gas» və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – «Caspian Power» sərgilərinin açılışı ilə dünya ictimaiyyətinin diqqəti yenidən Azərbaycana yönəldi.Keçirilən Bakı Enerji Həftəsinin artıq beynəlxalq modelə çevrilməsi enerji təhlükəsizliyi ilə bağlı dövlətlərarası əməkdaşlığın möhkəmlənməsinə  stimul verir və yeni əlaqələrin yaranmasını şərtləndirir. Otuzdan çox ölkə təmsil edən 300-dək şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsini «yaşıl enerji» sahəsində zəngin təcrübəyə malik Azərbaycana artan marağı formalaşdıran platforma adlandırmaq olar. Respublikamızın müstəqillik tarixində əhəmiyyəti ilə seçilən, iqtisadi inkişafımızın təməli hesab edilən, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının uğuru olan «Əsrin müqaviləsi»nin 30 illiyi ərəfəsində keçirilən Bakı Enerji Həftəsi mühüm məqamları ilə fərqlənir.

    Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin daha etibarlı təminatı və qorunması üçün irəli sürülən təkliflərin müzakirə olunduğu, dünyanın enerji sənayesi sahəsində iştirak edən dövlətlərin təmsilçilərini bir araya gətirən mötəbər qlobal dialoq mərkəzi, beynəlxalq enerji ailəsinin ortaq tribunasıdır desək yanılmarıq.İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq birliyi dəstəkləmək üçün 2024-cü ilin Azərbaycanda «Yaşıl dünya naminə həmrəylik ili»” elan edilməsi cəsarətli və nümunə göstəriləcək təşəbbüs kimi Bakı Enerji Həftəsinin gündəliyinin maraqlı amillərindəndir.
           
    Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi”»nin imzalanması Azərbaycanın dünya birliyinə inteqrasiyasının dönüş nöqtəsi oldu. Üç il müddətində «Çıraq»” platformasından ilk neftin hasilatı ölkəmizin neft sənayesinini tarixində çox əlamətdar və rekord hadisə kimi yadda qaldı. Sonra çox çətin relyef şəraitində və region ölkələrinin və şirkətlərinin güclü əməkdaşlığı ilə uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi”.
               
    Möhtərəm Prezident  bildirdi ki,“İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb.

    Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq.”“Azərbaycan üçün iqlim dəyişikliyi problemdir, onlar üçün isə bu, ekzistensional təhlükədir. Beləliklə, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq. Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik.”

    Bəli sözümüz imzamız qədər dəyərlidir.





    ƏntiqəTağıyeva,
    Masallı Tarix-diyarşünaslıq Muzeyi





    PAYLAŞ:

    Oxşar xəbərlər