31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

31 dekabr   Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
  • Cəmiyyət

  • Azərbaycan xalqı ,dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız hər il dekabrın 31- ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük təntənə ilə qeyd edir.
             
    Azərbaycan xalqının dirçəlişini ,tərəqqisini və milli birliyini ,vətənə məhəbbəti ,milli- mənəvi dəyərlərimizə hörməti özündə əks etdirən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.
               
    Bu gün dünyanın bir çox ölkələrində minlərlə soydaşlarımız yaşayır və fəaliyyət göstərir.Buna baxmayaraq onların milli- mənəvi varlığını yaşadan bir dövlət var.Bu,müstəqil Azərbaycan Respublikasıdır.Dünya Azərbaycanlılarının birliyi və həmrəyliyinin əsasını da məhz Azərbaycan dövlətçiliyinə ,xalqımızın dilinə,dininə,milli - mənəvi varlığına hörmət,onların qorunmasına ,yaşamasına qayğı təşkil edir.
           
    Ümummilli liderimiz Heydər Əliyev dünya azərbaycalılarının həmrəyliyi ,onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlamış və xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirmişdir.O ,31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xaricdə yaşayan soydaşlarımıza müraciətlərinin birində  deyirdi:"Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir...".Bəli ,məhz Ulu Öndərin böyük səyləri nəticəsində dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi ,onların birliyi və həmrəyliyi təmin olunmuşdur.Bu məqsədlə 2001- ci ilin mayın 23- də Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9- u və 10 - u tarixlərində Bakıda Dünya Azərbaycanlılarının birinci qurultayı keçirildi.Qurultayda dərin məzmunlu nitq söyləyən Ümummilli lider dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi,Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmlən- dirilməsi ,qarşiya çixan problemlərin həllində səylərin zərurəti,eyni zamanda ,ana dilinin , milli- mənəvi dəyərlərin qorunub saxlanılması ,inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi.Müdrik rəhbərin :"Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir.Mən həmişə fəxr etmişəm,bu gün də fəxr edirəm ki,mən azərbaycanliyam!"-bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.
                   
    Ümummilli liderimizin dünya azərbaycanlılarının həmrəyliyinin ,birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır.Bəli,onun  layiqli davamçısı ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün  Ulu Öndərin siyasətini davam etdirir.Məhz Ölkə başçısının imzaladığı sərəncamlarla dünya azərbaycanlılarının qurultayları keçirilmişdir və bu qurultaylar mühüm tarixi əhəmiyyət kəsb edir.Həmçinin bu qurultaylar dünya azərbaycanlılarının Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi.
               
    Həmrəylik günü milli birlik,Vətənə məhəbbət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.Biz bu birliyə Vətən müharibəsində bir daha şahid olduq. Dünya azərbaycanlıların həmrəylik nümayiş etdirməsi ,Azərbaycan Prezidentinin ətrafında sıx birləşməsi xalqımız və millətimiz arasında sarsılmaz bağların mövcudluğunun göstəricisidir.Məhz bu qırılmaz bağlar bütün dünya gücləri qarşısında azərbaycanlıların hansı qüdrətə sahib olduğunu göstərdi.Bu birliyin və birlikdə əldə edilmiş gücün sayəsində bu gün azərbaycanlılar dünyanın bütün nöqtəsində başıuca gəzirlər.



    Həşimova Aygül,           
    C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi 

    PAYLAŞ: