Dünya şöhrətli Lider

Dünya şöhrətli Lider
  • Cəmiyyət

  • Müasir dövlətimizin çiçəklənməsi və möhkəmlənməsi, dövlətçilik ənənələrinin zənginləşməsi uğurla davam etməkdədir. Yeni Azərbaycan dövlətinin yaradıcısı olan unudulmaz rəhbərimiz , dünya şöhrətli şəxsiyyət Heydər Əliyevin ideyaları müqəddəs bir irs kimi yaşayır,ən qiymətli əmanət kimi hifz olunur. Azərbaycan dövlətinin  hazırkı parlaq və mğhtəşəm nailiyyətlərinin əsasını ümummilli lider tərəfindən qoyulan ideyalar təşkil edir. Bunun nəticəsi olaraq Ulu Öndərin layiqli davamçısı cənab Prezident, Ali Baş Komandan  İlham Heydər oğlu Əliyevin vaxtında və düzgün verilmiş qərarları nəticəsində 30 ilə yaxın müddətdə işğal altında qalmış əzəli və əbədi torpaqlarımız düşməndən azad olundu.Xalqımız qələbə sevincini yaşayır.
             
    Heydər Əliyev özü şəxsən ziyalılığın ən bariz simvolu olmaqla yanaşı, həm də ziyalılığın ardıcıl təminatçısı idi.Azərbaycan ziyalısının öz yerini tapması, dünya meridianlarına çıxması,ziyalılarımızın sosial şəraitinin yaxşılaşdırılması üçün son onilliklərdə görülən işlərin misli yoxdur.Heydər Əliyev ümummilli vəzifələri hər şeydən uca tutan, bu yolda canını və qanını,beynini və təfəkkürünü əsirgəməyən atəşin vətənpərvər idi.Ulu öndərimiz bütün sahələr üzrə minimal bilik və vərdişlərə sahib olan insanların yetişdirilməsi üçün var qüvvəsini əsirgəmədi,yeni cəmiyyət quruculuğunds savdın, təhsilin həlledici roloynadığını dəfələrlə sübut etdi.Beləliklə, o,cəmiyyəti görünməmiş miqyasda irəli apardı,dünyanı bizə, bizi dünyaya tanıtdı. İndi müstəqil respublikamızın uğurlarından söhbət açarkən birinci növbədə Ulu Öndərimizin zəngin xidmətləri göz önünə gəlir. O,cismən bizimlə birgə olmasa da, mənən bizimlə bir cərgədə ,özü də bu cərgənin önündə sərkərdə kimi addımlayır. Bu addımların ritmində gələcəyin ahəngdarlığı duyulur, xalqımız vahid bir komanda altında yeni üfüqlərə doğru gedir.Heydər Əliyevin müəyyən etdiyi siyasi və iqtisadi kursu bizə həmişə doğru və düzgün yol göstərir.Şübhəsiz ki,təkcə biz yox,gələcək nəsillər də Heydər Əliyev bayrağını öz başları üzərində görəcək və irəliyə doğru aparacaqlar.

    Ulu Öndərimiz demişdir:” Bilirəm ki, 40 ildən artıq bir müddətdə Azərbaycana bəxş etdiyim töhfələr-zavodlar, buruqlar, binalar, öbyektlər, abidələr, yeni qəsəbələr mən həyatda olmayanda da Heydər Əliyev işləri kimi yaddaşlarda yaşayacaq”.Bu sözlər artıq təsdiqini tapmışdır,dahi rəhbərin işıqlı əməlləri,yadigarları Azərbaycan xalqının dərin ehtiram və məhəbbət obyektlərinə çevrilərək yaşayır, əzizlənir.Heydər Əliyev hələ 90-cı ildə demişdir ki,istəyirəm birlik olsun,tariximizi sevək,xalq üçün çalışmış şəxsiyyətlərin qədrini bilək.Bu zaman onun ən böyük arzusu və ümidi Azərbaycanlıların həmrəyliyinə əsaslanan milli dövlət yaratmaq idi.Bu,tarixi bir arzu,tarixi bir missiya idi.Çoxları bu ideyanın tam həyata keçiriləcəyinə şübhə ilə yanaşırdılar,şərait baxımından hətta məqbul hesab etmirdilər.Ona görə də,əl-ayağa dolaşanlar,ortada yeyib ucda gəzərək yeni ideyalara xor baxan bəzi şəxslər harada gəldi  Heydər Əliyevə müqavimət göstərirdilər,hətta respublikanı parçalamaq iddiasına düşürdülər.
             
    Bəli, qazandığımız bütün uğurların mənbəyi Heydər Əliyevin solmayan,həmişəyaşar irsində və ideyalarındadır.Bunlar bu gün bütün cəmiyyətimiz üçün həyati əhəmiyyət kəsb edir, uca məqsədlərə aparan yollarımızda nur saçan işığa çevrilmişdir.


    İlham Ağayev,
    Masallı rayon Hişkədərə kənd orta məktəbinin direktoru


    PAYLAŞ:

    Oxşar xəbərlər