İran bu dövlətlərdən ölkəyə girişi qadağan etdi

İran bu dövlətlərdən ölkəyə girişi qadağan etdi
  • Cəmiyyət

  • İran koronavirusun “omicron” variantı ilə mübarizə tədbirlərini davam etdirir.

    “Leqal” xarici KİV-ə istinadən xəbər verir ki, ölkəyə Fransa, İngiltərə, Danimarka və Norveçdən giriş qadağan edilib. Sözügedən ölkələrdə yaşayan və ya tranzit uçuşlar həyata keçirən şəxslərin İrana girişinə icazə verilməyəcək. Yeni qərar İran vətəndaşlarına və diplomatlara şamil olunmayıb.

    Digər tərəfdən, 12 yaşdan yuxarı xarici vətəndaşlar İrana daxil olmaq üçün 72 saat ərzində mənfi PCR testi və 2 doza qəbul edildikdən 14 gün sonra peyvənd sertifikatlarını göstərməlidirlər. /Qafqazinfo



    PAYLAŞ:

    Oxşar xəbərlər