Gürcüstanda daha 19 nəfərdə koronavirusun “omikron” ştamı aşkarlanıb. Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da hazırkı dövrədək qonşu ölkədə qeydə alınan “omikron”a yoluxma hallarının sayı 48-ə çatıb.
Xatırladaq ki, Gürcüstanda COVID-19-un mutasiya etmiş növünə ilk yoluxma halı dekabrın 20-də təsdiqlənib.