Səlçuk Bayraktar Türkiyədə müalicə olunan Qarabağ qazilərini qonaq etdi

Səlçuk Bayraktar Türkiyədə müalicə olunan Qarabağ qazilərini qonaq etdi
  • Cəmiyyət

  • “Baykar” şirkətinin texniki direktoru Səlçuk Bayraktar Türkiyədə müalicə olunan Qarabağ qazilərini qonaq edib.

    “Türkiyədə müalicə alan Qarabağ qazisi azərbaycanlı qardaşlarımızı Özdemir Bayraktar Milli İHA Ar-Ge və İstehsalat Kampusunda qonaq etdik. Şəhidlərimizi “Bir millət, iki dövlət” deyərək yad etdik. Şəhidlərimizin ruhu şad olsun!”, - deyə “Qarabağ Azərbaycandır” həştəqi ilə “Baykar”ın rəsmi “Twitter” hesabında qeyd edilib.


    S.Bayraktar da “Twitter” hesabında qazilərlə fotolar paylaşıb.

    Tvitində Azərbaycan və Türkiyə bayraqlarına yer verən Bayraktar qeyd edib:

    “Əsirlikdə inləyən Vətənimiz üçün Qarabağdakı şəhidlərimizin ruhu ilə birlikdə bədənlərinin bir hissəsini əbədiyyətə yola saldılar... Eşq olsun Türk ordularına”, - deyə o paylaşımında yazıb.



    Esaretin altında inleyen Vatanımız için vücutlarının bir parçasını Karabağ'da şehitlerimizin ruhlarıyla birlikte ebediyete uğurladılar... Şimdi şahinler gibi özgürce süzülüyor yürekleri, azad edilmiş toprakların dağlık semalarında... Eşq olsun Türk Ordularına... 
    PAYLAŞ:

    Oxşar xəbərlər