Həm kiçik, həm də orta biznes nümayəndələri üçün Qarabağda imkanlar yaradılacaq

Həm kiçik, həm də orta biznes nümayəndələri üçün Qarabağda imkanlar yaradılacaq
  • Cəmiyyət

  • “Son bir ildə başlamış işlər qrafikə uyğun davam edəcək. Bu ilk növbədə Əlaqələndirmə Qərargahı çərçivəsində fəaliyyət göstərən işçi qruplarında aparılan bütün tədbirlərin əks olunduğu strateji fəaliyyət planı, ondan başqa xüsusi dövlət proqramına əsasən həyata keçiriləcək”. 

    Bunu jurnalistlərə açıqlamasında Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib. 

    Onun sözlərinə görə, proqramın yaxınlarda yekunlaşması nəzərdə tutulub: 

    “Bəzi rayon mərkəzlərimizin artıq baş planları təsdiq olunub. Digər ərazilərdə də bu işlər davam etdirilir. Növbəti ildə biz bu işlərin yekunlaşmasını gözləyirik. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə rayonlar üzrə kəndlərin planlarının layihələndirilməsi davam edir. Sözsüz ki, Zəngəzur dəhlizi ilə bağlı dəmiryolunun inşası qrafikə uyğun növbəti il də davam etdiriləcək”. 

    E.Hüseynov qeyd edib ki, vətəndaşlarımızın tez zamanda yurdlarına qayıdışı üçün tələb olunan fiziki, iqtisadi infrastrukturun, iş yerlərinin yaradılması istiqamətində başladılan layihələr gələn il də davam etdiriləcək: “Ənənəvi sahələrlə yanaşı, iqtisadi fəaliyyət sahələrində, həm kiçik, həm də orta biznes nümayəndələri üçün imkan yaradılacaq ki, insanlar iqtisadi fəaliyyətlərini burada qura bilsinlər”. (Oxu.az)

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər