Makron da Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb

Makron da Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb
  • Cəmiyyət

  • Fransa prezidenti Emmanuel Makron Azərbaycanın Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə daha 10 ermənini qarşı tərəfə təhvil verməsini alqışlayıb. Bu barədə Fransa lideri tviter hesabında paylaşım edib.

    Paylaşımda deyilir:

    “On erməni əsgəri azad edildi. Mən Avropa İttifaqının həlledici addımını alqışlamaq istəyirəm, onun köməyi ilə biz Azərbaycan və Ermənistan arasında sülhə aparan bu dialoq yolunu davam etdirəcəyik. Biz irəli gedirik”.

    Qeyd edək ki, Azərbaycan 19 dekabr 2021-ci ildə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.

    Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılmışdılar.
    PAYLAŞ:

    Oxşar xəbərlər