Azad olunmuş ərazilərdə 17 mindən çox mina aşkarlanaraq məhv edilib

Azad olunmuş ərazilərdə 17 mindən çox mina aşkarlanaraq məhv edilib
  • Cəmiyyət

  • Azad olunmuş ərazilərdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində dekabrın 10-dan 19-dək 53 ədəd piyada və tank əleyhinə minanın aşkar olunaraq zərərsizləşdirilməsi ilə 92 hektara qədər ərazi təmizlənib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

    Ümumilikdə azad olunmuş ərazilərdə bu günədək mühəndis qoşunları tərəfindən 1 7255 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib, 13 365 hektar ərazi minalardan təmizlənib, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə 635 kilometr yol çəkilib.

    Yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamında olan "MEMATT" (Mexaniki Mina Təmizləmə Təchizatı) texnikası da cəlb edilib.

    Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir.



    PAYLAŞ:

    Oxşar xəbərlər