“Vilayət Eyvazovla görüşdə Saleh Rüstəmli ilə bağlı məsələni də qaldırdıq”.
"Leqal" xəbər verir ki, bunu müxalif hüquq müdafiəçisi Rüfət Səfərov “Müdafiə xətti” təşkilatının Daxili işlər naziri Vilayət Eyvazovla görüşə dair keçirdikləri mətbuat konfransında deyib.
Onun sözlərinə görə, V.Eyvazov Saleh Rüstəmlinin həbsdən buraxılmasının onun səlahiyyətində olmadığını bildirib: “Nazirə bildirdik ki, Saleh bəyi polis saxlayıb, ittiham edib. Ondan xahiş etdik ki, Saleh Rüstəmlinin azadlığa buraxılması məsələsini hökumətə bildirsin. Çünki o, Əfv Komissiyasının da üzvüdür. Eyvazov dedi ki, Saleh Rüstəmli əfv qaydasında müraciət edərsə, məsələyə baxıla bilər”./unikal.org