Ankara İstanbul-İrəvan reysləri üçün aviaşirkətlərin müraciətlərinə baxır

Ankara İstanbul-İrəvan reysləri üçün aviaşirkətlərin müraciətlərinə baxır
  • Cəmiyyət

  • Ankara Türkiyə və Ermənistan aviaşirkətlərinin İstanbul-İrəvan-İstanbul reysləri ilə bağlı müraciətlərini nəzərdən keçirir, yaxın günlərdə qərar verilə bilər. Anadolu xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

    Nazirin sözlərinə görə, aviaşirkətlərin müraciətlərinə Türkiyənin Nəqliyyat Nazirliyi və Mülki Aviasiya Baş İdarəsi tərəfindən baxılır. “Prinsipcə Türkiyə tərəfinin məsələyə münasibəti müsbətdir. Yaxın günlərdə şirkətlərdən hansının bu marşrut üzrə uça biləcəyi müəyyənləşəcək”, - deyə Çavuşoğlu bildirib./virtualaz.org

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər