Britaniyada koronavirusa rekord sayda yoluxma qeydə alındı

Britaniyada koronavirusa rekord sayda yoluxma qeydə alındı
  • Cəmiyyət

  • Böyük Britaniyada son sutka ərzində 78 min 610 nəfər koronavirusa yoluxub. Bu, Britaniyada pandemiyanın başladığı andan etibarən sutka ərzində qeydə alınan ən yüksək göstəricidir. Bu barədə Birləşmiş Krallığın Səhiyyə Departamenti məlumat yayıb. Koronavirusa yoluxanların ümumi sayı Böyük Britaniyada 11 milyon 10 min 286 nəfərə çatıb. “Omikron”a yoluxanların ümumi sayı isə 10 min 17 nəfər təşkil edir.

    Son sutka ərzində 165 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 146 min 791 nəfərə çatıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər