"Leqal" xəbər verir ki, bu gün Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Balaqardaş Fərhad oğlu Vəliyevin doğulduğu Masallı rayonunun Viləş kəndində il dönümü qeyd olunub.
Mərasim iştirakçıları şəhid Balaqardaş Vəliyevin məzarı üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Balaqardaş müharibə başlayan vaxtdan döyüş meydanına atılaraq ön xətdə düşmənlə sona qədər vuruşmuş, döyüşlərin birində şəhidlik məqamına yüksəlmişdir.
Onu da xatırladaq ki, şəhid Balaqardaş Vətən müharibəsinin qəhrəmanları olan ilk şəhid qardaşlar Nurlan və İntiqamla həmkəndlidir.
Allah rəhmət eləsin!
Vətən sağ olsun!