Dekabrın 14-də Rusiyanın paytaxtı Moskvaya 1993-cü ildən bəri ən güclü qar yağıb.
Belə ki, Moskva şəhərinə aylıq yağıntının 20 %-i düşüb.
Sinoptiklər bildirib ki, qarlı hava şəraiti atmosfer cəbhəsinin aktiv dalğası səbəbindən başlayıb.
Ən çox yağıntı Moskva yaxınlığındakı “Yeni Moskva” deyilən əraziyə və Moskva vilayətinin Dolqoprudnu şəhərinə düşüb.