Qazaxda bir ailənin 6 üzvü

Qazaxda bir ailənin 6 üzvü
  • Cəmiyyət

  • Qazaxda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

    "Leqal"  Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.

    Belə  ki, S.Nəsibova (1984-cü il təvəllüdlü), Ş.Ələkbərova (1988-ci il təvəllüdlü), X.Qoruçlu (2014-cü il təvəllüdlü), N.Qoruçlu (2017-ci il təvəllüdlü), L.Qoruçlu (yaş yarım) və 8 aylıq körpə (oğlan) C.Qoruçlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

    Onların qidadan zəhərləndiyi ehtimal edilir.

    Xəstəxanaya yerləşdirilənlər bir ailənin üzvləridir.

    Faktla bağlı araşdırmalara başlanılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər