Kəlbəcərdə şəhid olan hərbi qulluqçumuzla vida mərasimi keçirilir

Kəlbəcərdə şəhid olan hərbi qulluqçumuzla vida mərasimi keçirilir
  • Cəmiyyət

  • Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

    "Leqal"  xəbər verir ki, onun nəşi bu gün axşam saatlarında doğulduğu Siyəzən rayonuna gətirilir..

    Yaşadığı evdə vida mərasimi keçiriləndən sonra şəhid Siyəzəndə doğulduğu Zarat kəndinin qəbirsanlığında torpağa tapşırılacaq.

    Allah rəhmət eləsin!




    PAYLAŞ:

    Oxşar xəbərlər