Sabah Azərbaycanda hava necə olacaq?

Sabah Azərbaycanda hava necə olacaq?
  • Cəmiyyət

  • Dekabrın 7-ə Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava gözlənilir, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq. Axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 6-9°, gündüz 11-14° isti, Bakıda gecə 7-9°, gündüz 12-14° isti gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz olacaq.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 1-6°, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-11° isti olacaq. 

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər