Azərbaycan Respublikası humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil vermişdir.
Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumatda deyilir:
“Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılmışlar. Qeyd olunmalıdır ki, humanizm prinsiplərinə sadiq olan Azərbaycan Respublikası bir müddət öncə 26 noyabr 2021-ci il tarixində erməni əsilli bir mülki şəxsi və bir hərbi qulluqçunun Ermənistan tərəfinə təhvil verilməsini təmin etmişdir.
Eyni zamanda aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim etmişdir.
Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkür bildiririk”.
21:35
Erməni hərbçilərin olduğu təyyarə İrəvanın “Erebuni” hava limanına enib. Bu barədə Ermənistan mətbuatı xəbər verir.
“Armenpress” nəşri Müdafiə Nazirliyindəki mənbələrinə istinadən Ermənistan tərəfinə təhvil verilən hərbçilərin siyahısını dərc edib:/virtual.org
1. Erimyan Narek Volodyayeviç;
2. Arakelyan Araik Arşaluysoviç;
3. Amirxanyan Serjik Samsonoviç;
4. Akopyan Gevorq Araikoviç;
5. Nalbandyan Robert Mamikonoviç;
6. Sarkisyan Arut Aramaisoviç;
7. Manasyan Artyom Surenoviç;
8. Avetisyan Erik Unanoviç;
9. Tevpsyan Arman Arturoviç;
10. Akopyan Tiqran Armenoviç.