Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayev Tbilisidəki 73 saylı Azərbaycan məktəbində olub.
"Leqal.az" xəbər verir ki, məktəbin direktoru Salman Pirməmmədov nazirə təhsil ocağı barədə məlumat verib. Bildirib ki, 1902-ci ildə tikilmiş məktəbin binası 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyilə əsaslı təmir olunub. Hazırda məktəbdə 250-dən çox uşaq təhsil alır.
Məktəbi bitirən 20-dən çox insan Azərbaycanda, Gürcüstanda, eləcə də digər ölkələrdə müxtəlif vəzifələrdə çalışırlar.
Nazir Emin Əmrullayev məktəbin kitabxanası, idman zalı və sinif otaqları ilə tanış olub, müəllim və şagirdlərlə görüşüb.
Görüşdə Gürcüstan elm və təhsil nazirinin birinci müavini Tamar Maxaraşvili iştirak edib. //Azərtac