Ceyhun Bayramovun finlandiyalı həmkarı ilə telefon danışığı olub

Ceyhun Bayramovun finlandiyalı həmkarı ilə telefon danışığı olub
  • Siyasət

  • Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Finlandiya xarici işlər naziri Pekka Olavi Haavisto ilə telefon danışığı baş tutub.

    Bu barədə LEQAL.AZ-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

    C.Bayramov bölgədə mövcud olan son vəziyyət barədə finlandiyalı həmkarını məlumatlandırıb.

    Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası, eləcə də 11 yanvar 2021-ci il tarixində imzalanmış birgə bəyanat ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

    Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər