Yanvarın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən LEQAL.AZ-a bildiriblər ki, nazirlər 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyət, eləcə də bu il yanvarın 11-də Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.