Prezident İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz

Prezident İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
  • Siyasət

  • Ermənistan daim çalışır ki, müsəlman ölkələri ilə münasibətlər qursun, bəzi ölkələrlə münasibətləri inkişaf etdirsin, özünü sanki müsəlman xalqlarına müsbət münasibət bəsləyən bir ölkə kimi qələmə versin. Hamısı yalandır.

    LEQAL.AZ xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşa şəhərindəki Saatlı məscidini ziyarət etdikdən sonra söyləyib.

    “Əgər buna kimsə bu günə qədər inanıbsa, gəlsin Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla, bizim azad edilmiş digər torpaqlara, görsün ki, Ermənistan rəhbərliyi nə günə salıb müsəlman məscidlərini. Hər bir müsəlman üçün müqəddəs olan məbədlərimizi nə günə salıb. Dağıdıb, təhqir edib, donuz saxlayıb, inək saxlayıb, məscidlərimizin üzərində təhqiramiz ifadələr yazdırıb. Belə bir ölkə müsəlman ölkələri ilə dost ola bilərmi? Əlbəttə ki, yox”, - deyə dövlətimizin başçısı qeyd edib.

    Bunu beynəlxalq kürsülərdən dəfələrlə bəyan etdiyini xatırladan Prezident İlham Əliyev deyib: “Müsəlman ölkələrinin liderlərinə müraciət edərək həm ikitərəfli formatda, həm çoxtərəfli görüşlər əsnasında, beynəlxalq tədbirlərdə deyirdim ki, Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə müsəlman ölkələri ilə dost ola bilməz. Bu, riyakarlıqdır və Ermənistanı dost ölkə kimi qəbul etmək də riyakarlıqdır, Allahsızlıqdır. Bunu dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər? Cavab versinlər buna. Mənə yox, öz xalqlarına cavab versinlər. Məscidləri dağıdan, oraya inək salan müsəlman ölkələri ilə dost ola bilər? Qoy onların xalqları buna cavab versinlər”.
    PAYLAŞ:

    Oxşar xəbərlər