Qarabağda atəşkəsin Rusiya ilə birgə monitorinqini aparacaq Türkiyə Silahlı Qüvvələrinin heyəti Azərbaycana gedib.
LEQAL.AZ Anadolu agentliyinə istinadla verir ki, bu barədə məlumatı Türkiyənin müdafiə naziri Hülusi Akar açıqlayıb.
“Birgə Mərkəzin inşasının tamamlanmasından və fəaliyyətə başlamasından sonra bir general və 35 zabitimiz dərhal xidmətə başlayacaq”, - deyə nazir bildirib.