Ravil Qaynutdin Prezident İlham Əliyevi təbrik edib

Ravil Qaynutdin Prezident İlham Əliyevi təbrik edib
  • Siyasət

  • Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Müfti şeyx Ravil Qaynutdin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.

    LEQAL.AZ-ın məlumatına görə, təbrikdə deyilir:

    “Hörmətli cənab Prezident.

    Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi adından, Rusiya Müftilər Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə dualar edərək möhkəm cansağlığı, uzun ömür diləyir və arzu edirəm ki, bütün xeyirxah təşəbbüslərinizdə Uca Allah Sizə yar olsun.

    Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının qazandığı çox mühüm nailiyyətləri bu əlamətdar gündə dərin hörmətlə qeyd edirik. Bu nailiyyətlər sayəsində Azərbaycan xalqı sıx birləşərək, onun gələcəyə inamını və milli şüurunu möhkəmlətmiş çətin sınaqlardan keçməklə özünün siyasi və iqtisadi inkişafında yeni qələbələrə doğru inamla irəliləyir.

    Müsəlmanlar bu nailiyyətlər sırasında Azərbaycanın həm İslama, həm də bütün dinlərə münasibətdə ölçülüb-biçilmiş və qayğıkeş dövlət siyasətini yüksək qiymətləndirirlər. Azərbaycan tolerant və monolit cəmiyyətin həqiqi nümunəsinə çevrilib. Bu ölkədə bütün konfessiyalara hörmətlə yanaşılır, bununla da bütün dünyaya nümunə göstərilir.

    Hörmətli İlham Heydər oğlu, Uca Allaha dua edərək Sizə və bütün Azərbaycan xalqına firavanlıq və rifah diləyirəm. Amin!”
    PAYLAŞ:

    Oxşar xəbərlər