Dekabrın 28-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən LEQAL.AZ-a bildirilib ki, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası və bölgədə mövcud olan vəziyyəti müzakirə ediblər.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.