LEQAL.AZ Oxu.az-a istinadən bildirir ki, Dünyanın müxtəlif ölkələrinin vətəndaşları ortaq müraciət hazırlayıb və petisiya yaradıblar.
Onlar BMT-yə səslənərək Qarabağ haqqında beynəlxalq hüququn verdiyi qərarların yerinə yetirməsini tələb ediblər.
Müraciətdə deyilir:
“Biz hal-hazırda kağız üzərində mövcud olan, lakin 30 ildən çoxdur tətbiq olunmayan beynəlxalq qanunların etibarlılığına inanan dünya vətəndaşlarıyıq.
Düşünürük ki, bu qanunlara məhəl qoymamaq, hər hansı bir ölkənin cəzasız qalarkən qanunu görməzlikdən gələ və poza biləcəyi bir presedent yarada bilər.