Ceyhun Bayramovun Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı ilə telefon danışığı olub

Ceyhun Bayramovun Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı ilə telefon danışığı olub
  • Siyasət

  • Dekabrın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı olub.

    Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən LEQAL.AZ-a bildiriblər ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramovun Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak məqsədilə ötən həftə Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşlərin davamı olaraq, ölkəmizin Aİ ilə əməkdaşlığı, o cümlədən enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

    Tərəflər, habelə digər qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.
    PAYLAŞ:

    Oxşar xəbərlər