Azərbaycan Prezidenti: Yaxın gələcəkdə TAP layihəsi istismara veriləcək

Azərbaycan Prezidenti: Yaxın gələcəkdə TAP layihəsi istismara veriləcək
  • Siyasət

  • Yaxın gələcəkdə TAP layihəsi istismara veriləcək.

    LEQAL.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 7-də İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

    “İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatmışdır. Bunun böyük hissəsi enerji resurslarına aiddir. Amma mən hesab edirəm ki, gələcək illərdə qeyri-neft sektoru da bizim aramızda xüsusi çəkiyə malik olacaq. Energetika sektoruna gəldikdə, bildiyiniz kimi, yaxın gələcəkdə TAP layihəsi istismara veriləcək və şübhəsiz ki, bu, İtaliya-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək”, - deyə dövlətimizin başçısı qeyd edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər